Azərbaycan Tibb Universitetində son bir həftə ərzində beş qrupda tələbələr arasında koronavirusa yoluxma halı qeydə alınıb.
Universitetdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin qruplar distant təhsilə keçib.
Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.