Bakı Dövlət Universitetində koronavirusa yoluxma halı qeydə alınıb.
Bu barədə universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib. O bildirib ki, yoluxma SABAH qruplarında qeydə alınıb: "SABAH qruplarından olan 2 qrupda Covid-19 virusu aşkarlandığı üçün həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib".
Qeyd edək ki, ali təhsil müəssisələrində əyani tədris sentyabrın 29-dan bərpa olunub. 18 yaşdan yuxarı tələbələrdən isə vaksin pasportu tələb edilir.