Bakıda daha bir məktəbin 3 sinfi distant təhsilə keçdi

Bakıda daha bir məktəbin 3 sinfi distant təhsilə keçdi backend

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5ç, 7d və 10ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.

loading...
Diaspora