Təhsil Nazirliyinə gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil almalarına dair Dövlət Proqramı hazırlamaq tapşırılıb.
APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.