Bu gündən bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur

Bu gündən bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur backend

Bu gündən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq. Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır.

Trend-in məlumatına görə, təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.

Xatırladaq ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ilinə başlanılıb.

loading...
Aydinyol.az