Qarabağda xidmət edənlərin övladları burda təhsil alacaq - RƏSMİ

Qarabağda xidmət edənlərin övladları burda təhsil alacaq -  RƏSMİ backend

"Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani tədris bərpa olunub. Sentyabrın 29-da isə yuxarı sinif (V-XI) şagirdləri, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində tədris başlayacaq.

Diaspora