Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.
Bu, Baş nazir Əli Əsədovun bu gün təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.
Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.
Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.