Təhsil Nazirliyi 2-3 qiymət alan tələbələrin pandemiya dövründə əlaçı qiyməti alması ilə bağlı iddiaya münasibət bildirib.
Qaziler.az xəbər verir ki, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2-3 adama baxıb toplum haqqında fikir yürütməyin düzgün olmadığını qeyd edib.
"2-3 adama baxıb toplum haqqında fikir yürüdə bilmərəm. Bizim əlimizdə hansısa ciddi faktlar yoxdur ki, 2-3 alan tələbələrin böyük hissəsi pandemiya vaxtı əlaçı olublar. Ola bilsin ki, qiymətlərdə hansısa dəyişiklik olub, bu dəyişikliyin mahiyyəti vəziyyətlə əlaqədar tələbələrə olan güzəştlərlə bağlıdır. Biz problemləri görməliyik, analiz etməliyik, çıxış yolları göstərməliyik.
Müxtəlif dövlət qurumları da müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik”- deyən nazirlik rəsmisi əllərində bununla bağlı hansısa ciddi faktların olmadığını bildirib.