Sentyabrın 12-si saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Qazilər.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, bu, yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Sentyabrın 16-sı saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.