"Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək".
Qazilər.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib.
O qeyd edib ki, böyük və kiçik summativlər təşkil ediləcək: "Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək".