Bu şəxslər məktəbə buraxılmayacaq - Nazirin müşaviri

Bu şəxslər məktəbə buraxılmayacaq -  Nazirin müşaviri backend

Hər bir təhsil müəssisəsinə daxil olan şəxsin hərarəti ölçüldükdən sonra müəssisəyə buraxılacaq.

Qazilər.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirillən brifinqində deyib. O qeyd edib ki, əgər şəxsin hərarəti 37 dərəcədən yüksək olarsa, təhsil müəssisəsinə buraxılmayacaq:

"Əgər kiminsə hərarəti qalxarsa, o, xüsusi otaqlarda izolyasiya edilərək, müvafiq tədbirlər görüləcəkdir. Məktəbdə kiminsə COVID-19 test nəticəsi pozitiv çıxarsa, gigiyena və epidemiologiya mərkəzinə məlumat veriləcək. Mərkəzin əməkdaşları məktəbdə araşdırma apardıqdan sonra müvafiq qərarlar verilcəkdir" .

Rüstəm Ağayev qeyd edib ki, "Məktəblinin dostu" layihəsinə 226 məktəbdə 400 əməkdaş cəlb olunub:

"Tədris ili başlayır, məktəbdə prosesi qurub, tədbirləri görürük. Lakin məktəbin xaricində valideyn sıxlığı yaşanır. Əgər kiminsə övladında kəskin respirator xəstəlik əlamətləri varsa, övladını məktəbə gətirməməlidir. Hətta ötən il bəzi valideynlər COVID xəstəsi olsa da, övladlarını məktəbə yollayırdılar. Xahiş edirəm ki, bu kimi məsələlərə diqqət edək".

Diaspora