"Mən abituriyentin 700 bal toplamasını təhsilin keyfiyyəti hesab etmirəm".
Qazilər.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Elmi təhlillər kifayət qədər ciddi təhlillərdir. Biz elmə inanmalıyıq. Bu il həm magistratura, həm də bakalavr sahəsində təhsil planlarının 90 faiz dolması kifayət qədər yüksək göstəricidir. Məndə olan məlumata görə, bəzi fənlərdə nəticələr yüksəkdir, aşağı deyil. Ümumi qəbul nəticələri ilə bağlı olaraq isə qəbul prosesi bitdikdən sonra statistika aparılacaq".