Azərbaycanda məktəb və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlandı - VİDEO

Azərbaycanda məktəb və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlandı -  VİDEO backend

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.

Qazilər.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.