3500 nəfər ali məktəbə qəbul ola bilməyəcək - SƏBƏB

3500 nəfər ali məktəbə qəbul ola bilməyəcək -  SƏBƏB backend

“Bu il III ixtisas qrupu üzrə 12 853 plan yeri ayrılıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib. 

Onun sözlərinə görə, müsabiqə vəziyyətini ödəyənlərin sayı isə 16 500-dən çoxdur:

“Bu o deməkdir ki, təxminən 3500 şəxs ali məktəbə qəbul ola bilməyəcək”.

M.Abbaszadə qeyd edib ki, indiyədək ixtisas seçimi ilə bağlı 26 203 ərizə təqdim edilib:

“761 ərizə isə ləğv edilib. İxtisas seçimi zamanı yaradılmış ərizəni artıq 2 ildir ki, ləğv etmək mümkündür.

Abituriyentlər hər hansı səhv edibsə, ixtisas seçimi bitənə qədər ərizəni ləğv edib, yeni ərizə yarada bilərlər”.

O, abituriyentləri ixtisas seçimi zamanı diqqətli olmağa çağırıb. 

Diaspora