İxtisası düzgün seçsələr, II qrupda 150-dən yuxarı bal toplayanlar ali məktəbə qəbul ola bilərlər.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.
“Amma onların III qrupda qəbul olma şansı kifayət qədər aşağıdır. Həmçinin, dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir” - deyə, M.Abbaszadə qeyd edib.