İmtahanlarda az bal yığanlar "tələ"yə salınır - Fırıldaqçılar iş başında - VİDEO

İmtahanlarda az bal yığanlar "tələ"yə salınır -  Fırıldaqçılar iş başında - VİDEO backend

İnstagramda ''hacking_marks'' adlı xaker səhifəsi qəbul və buraxılış imtahanlarında az bal yığanlara "maraqlı" təkliflər edir.

Səhifədəki paylaşımda bildirilir ki, xüsusi xaker proqramı ilə az bal yığan abituriyentlərin balları sistemdə artırılır.

Üstəlik bildirilir ki, təkcə qəbul və buraxılış imtahanları deyil, MİQ, YÖS və dövlət qulluğuna qəbul imtahanlarında zəif nəticə göstərənlərin də pul qarşılğında balları artırılır.

Maraq üçün biz də həmin instagram səhifəsinə yazdıq. Bildirdilər ki, xidmət haqqı 100 manat təşkil edir. Üstəlik bizə başqa bir şəxsin ödədiyi qəbzi də atdılar. Qəbzdən aydın oldu ki, pul Səmədov Vüsal Namiq oğlu adlı şəxsin adına köçürülüb. Vüsalın həmin şəxs olduğunu soruşanda isə bildirildi ki, o, qrupun bir üzvüdür.  Onlar həmçinin ofislərinin olmadığını, bu səbəbdən də üzbəüz görüşün mümkünsüzlüyünü bildirdilər.

Daha sonra ''Xəzər Xəbər''ə müsahibə vermək istəmədiklərini dedilər.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, ballara hər hansı bir müdaxilə, hansısa proqram vasitəsilə balların artırılması mümkün deyil. O, həmçinin bu həssas dönəmdə xüsusilə az bal toplayan abituriyentlərin valideynlərinə diqqətli olmağı, övladlarını nəzarətdə saxlamağı tövsiyə etdi. Çünkü az bal yığan şəxslərin bu cür şirnikləndirici elanlara aldanma riski daha çoxdur.

Kamran Əsədov onu da bildirdi ki, xüsusilə belə şəxslərə kart şəkli və ya şəxsi məlumatları atmaq doğru deyil. Əks halda maddi və mənəvi ziyanla üzləşilə bilər.

Məsələyə Təhsil Nazirliyi və Dövlət İmtahan mərkəzi münasibət bildirmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Diaspora