Emin Əmrullayev sualları cavablandıracaq

Emin Əmrullayev sualları cavablandıracaq backend

Təhsil naziri Emin Əmrullayev 4 avqust saat 16:00-da "Facebook" səhifəsi üzərindən 2020-2021-ci tədris ilində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.

Qazilər.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, suallar  3 avqust saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edilə bilər.

 Canlı yayımda müsabiqəyə çıxarılan vakant yerlər, MİQ imtahanında istifadə edilən suallar, növbəti ildə tətbiq olunacaq yeniliklərlə bağlı suallar cavablandırılacaq.

Diaspora