Dövlət İmtahan Mərkəzi tərəfindən 1 və 2 iyulda keçirilən imtahanların nəticələri açıqlanıb.Bu imtahanlarda iştirakı nəzərdə tutulan 22 min 679 nəfərdən 3 min 437 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. Öncədən qeydiyyatdan keçən şəxslərin imtahanda iştirak etməməsinin səbəblərini araşdırmışıq.
3400-dən çox şəxs imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 1 və 2 iyulda keçirilən imtahanların nəticələri açıqlanıb.Bu imtahanlarında iştirakı nəzərdə tutulan 22 min 679 nəfərdən 3min 437 nəfər imtahana gəlməyib. Təhsil eksperti Kamran Əsədov deyir ki, imtahanlarda həmin şəxslərin iştirak etməməsinə bir neçə vacib amil təsir göstərir.Dövlət İmtahan Mərkəzinin yeni qaydalarına görə imtahanın birinci mərhələsi yaxud da buraxılış imtahanları iki tədris ili ərzində qüvvədə olur. Yəni 1-2 iyulda keçirilən imtahanlarda iştirak etməyənlər şəxslərin əvvəlki illərdə imtahan nəticələri var idi.Ona görə də həmin imtahan nəticələrinin aşağı düşməsindən narahat olanlar həmin imtahanlarda iştirak etməyiblər.
Kamran Əsədov bildirib ki, keçirilən imtahanlar ödənişli olub.Başqa bir sözlə imtana gəlməyən şəxslər tərəfindən DİM-ə 137 min manatdan çox vəsait ödənilib..
Qeyd edək ki, 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. (xezerxeber.az)