“Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, bu mövzu yenə də Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılı olacaq: “Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi vacib şərtdir”.