“Tələbənin təhsil aldığı müəssisə lisenziya ilə fəaliyyət göstərirsə, kredit onun müraciətinə əsasən veriləcək”.
Qazilər.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə kredit tələbə ixtisası daşıyan orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr tələbələrinə veriləcək:
“Buna Himayəçilər Şurası qərar verəcək. Bu kateqoriyadan olan tələbələr 90 faizdir və demək olar ki, hamısını əhatə edəcək”.
“Tələbələr işləyəndən sonra kreditləri qaytarmalıdır ki, digər tələbələr də bundan yararlana bilsin. Tələbə kreditləri dövlətin mənfəət əldə etdiyi kreditlər deyil. Qaytarılması ilə bağlı nəzarət mexanizmləri olacaq”, - deyə nazir əlavə edib.