Qarabağ şəhidlərinin övladları Türkiyədə pulsuz oxuyacaq - FOTO

Qarabağ şəhidlərinin övladları Türkiyədə pulsuz oxuyacaq - FOTO backend

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Yanında Yurt Dışı Türklər və Əqrəba Topluluqlar Başqanlığının başqanı Abdullah Ərən Azərbaycanın bölünməzliyi uğrunda canından keçən şəhid və qazi olmuş qəhrəmanların ailələri üçün qurulan “Yaşat” Fondunu ziyarət edib.

Musavat.com-un məlumatına görə, A.Ərən görüşdə bu ailələrin övladlarına rəhbərlik etdiyi qurum tərəfindən xüsusi təqaüd ayrıldığını söyləyib.

A.Ərən eyni zamanda YTB-nin fəaliyyət istiqamətində Azərbaycana dair həyata  keçirdiyi yeni layihələrin hər ötən gün artdığını da diqqətə çatdırıb.

Daha sonra Xəzər Universitetində qonaq olan Ərən, "Türkiye Mezunu Akademisyen ve İş Adamları Platformu" ilə görüşərək, bu platformanın hər iki ölkənin birliyini gücləndirən vacib ünsür olduğuna diqqət çəkib. Görüşün sonunda A.Ərənə təhsil sahəsində göstərdiyi dəstəyi üçün “Qardaşlıq Ödülü” təqdim edilib. 

Diaspora