"Yay məktəbi ilə bağlı qərar 16-30 iyun tarixləri üçün nəzərdə tutulub".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, müəllimlər əsasən iyul-avqust aylarında məzuniyyətdə olurlar: "Ona görə "Yay məktəbi"nin uzadılması məsələsi hələ dəqiq deyil. Ola bilər ki, Təhsil Nazirliyi tərəfindən bu qərar verilsin. Amma güman etmirəm".