Buraxılış imtahanlarında ən yüksək nəticəni paytaxt şagirdləri göstərdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin şagirdləri (IX sinif) üçün keçirilmiş buraxılış imtahanlarında iki şagird ən yüksək - 300 bal toplayıb.
Onlar Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Tagıyeva Zöhrə Müşfiq qızı və 47 nömrəli tam orta məktəbin şagirdi Sadıxova Həcər İbrahim qızıdır.
Şagirdləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

