Bakıda bəzi məktəblər distant tədrisə keçdi - SİYAHI

Bakıda bəzi məktəblər distant tədrisə keçdi -  SİYAHI backend

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçirilir.

Oxu.Az-ın məlumatına görə, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib.

Distant tədris iyunun 8-dək davam edəcək.