Nazir yeni dərs ilindən danışdı: "Sentyabr ayında..."

Nazir yeni dərs ilindən danışdı:  "Sentyabr ayında..." backend

“44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövləti və xalqı bizim yanımızda oldu. Bu tarixi köklərimiz təhsilə də öz töhfəsini verir”.

“Report”un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

"İnanırıq ki, sentyabr ayında şagirdlərimiz əyani şəkildə məktəbə qayıdacaq", - nazir bildirib.

Nazir həmçinin əlavə edib ki, ilyarım ərzində 13 STEAM mərkəzinin Azərbaycanda istifadəyə verilməsi proqnozlaşdırılıb.