Məleykə Abbaszadə: "Qəbul imtahanlarının birinci cəhdini iyulda keçirməyi nəzərdə tuturuq"

Məleykə Abbaszadə:  "Qəbul imtahanlarının birinci cəhdini iyulda keçirməyi nəzərdə tuturuq" backend

“Ali məktəblərə qəbul imtahanlarının vaxtını müəyyən kontingent müəyyən olunduqdan sonra elan edəcəyik”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib. O deyib ki, əvvəl imtahan tarixləri Təhsil Nazirliyi ilə birgə müzakirə əsasında müəyyən edilirdi: “Bu il isə karantin rejiminə görə tarixləri yalnız Operativ Qərargah təsdiq edəndən sonra elan edə bilirik. Sorğu göndərəndə görək konkret bilək ki, nə qədər adam sənəd verib, harda imtahan verəcək. Heç olmasa əsas kontingenti müəyyən edəndən sonra deyə bilərik ki, harada qəbul imtahanının birinci mərhələsi baş tutacaq. Aprel ayında buraxılış imtahanında təxminən 200-250 adam üzrlü səbəbdən iştirak etməyib. Həmin şagirdlər də o tarixdə regionlarında keçirilən imtahanda iştirak edəcəklər, bunun üçün biz məktəblərinə xəbər verəcəyik. Əvvəlki illərin məzunları da sənədlərini tez təqdim etməlidirlər. Çox güman ki, gələn həftə vaxtı elan edə biləcəyik. Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq. İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək. Amma məsləhət görərdim ki, birinci cəhddə hamı iştirak etsin, çünki karantin sərtləşsə, avqustda ikinci cəhd olmaya da bilər”.

 

Diaspora