Bakıda 12 məktəbdə dərslər dayandırıldı - SİYAHI

Bakıda 12 məktəbdə dərslər dayandırıldı -  SİYAHI backend

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.

Lakin Bakı şəhərində bəzi məktəblərdə dərslər hələlik onlayn davam edəcək.

Qazilər.az xəbər verir ki, Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində aparılan əsaslı və cari təmir işləri ilə əlaqədar 12 orta məktəbin şagirdləri üçün distant təhsil davam edəcək.

Belə ki, 322, 106, 269, 17, 95, 114, 299, 137, 126, 71, 307 və 146 saylı orta məktəblərdə təmirlə əlaqədar dərslər onlayın olacaq.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, təmir işləri bitənə qədər adı çəkilən məktəblərdə dərslər onlayn davam edəcək. Əgər işlər tez yekunlaşarsüa, əyani tədris bərpa olunacaq.