“Bakı və Sumqayıtın istənilən məktəbində əlaçı, zəif şagirdlər var. Tövsiyəmiz odur ki, evə yaxın məktəb seçilsin. Bu da şagirdin fiziki cəhətdən yorulması baxımından önəmlidir”.
Qazilər.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, hər yerdə oxumaq mümkündür: “Şagirdin ibtidai təhsili öz evinin yanında oxuması yaxşıdır. Evdə valideyn hansı dildə danışırsa, övladını da həmin dildə olan məktəbə qoyması məsləhətdir. Şagird ibtidai sinifdə dərsi daha yaxşı anlaya bilir. Evdə hər gün şagirdin nə öyrənməsini soruşmaq, ona dəstək olmaq, müzakirə aparmağın faydası çoxdur”.
Report.az