“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Qazilər.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə müsabiqədənkənar qəbul olunan tələbələrə birinci tədris ilinin birinci semestrində “adi” təqaüd verilir
Bundan başqa, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 91 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.