Daha bir məktəb distant təhsilə keçib

Daha bir məktəb distant təhsilə keçib backend

Mingəçevirdə daha bir məktəb müvəqqəti olaraq distant təhsilə keçib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 6 saylı şəhər orta məktəbinin kollektivi arasında koronavirus infeksiyasının qeydə alınması səbəbindən təhsil ocağında ənənəvi tədris müvəqqəti olaraq dayandırılıb.

Bundan sonra məktəbdə tədris distant qaydada aparılacaq.