Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə  bağlandı backend

Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəb yeni növ koronavirus infeksiyası səbəbindən bağlanılıb.

"Report"un məlumatına görə, orta məktəbdə çalışan və təhsil alanlar arasında aparılan tibbi yoxlamalar zamanı COVID-19 virusuna yoluxanlara rast gəlindiyi üçün orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Dərslər onlayın şəkildə keçirilir.

Qeyd edək ki, şəhərin 7 saylı Rəşad Mirabov adına orta məktəbdə isə eyni səbəbdən 2 sinif bağlanılıb.

Diaspora