“Distant təhsilə keçidi valideyinlər istəyib” - Emin Əmrullayev

“Distant təhsilə keçidi valideyinlər istəyib” -  Emin Əmrullayev backend

"Ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair qərarın qəbul edilməsinə əsasən dörd amil təsir göstərib".

Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, bu qərarın verilməsində yoluxma sayının artması, ənənəvi yolla təhsil müəssisələrinin bağlanması, eləcə də, sosial mediadan əldə etdiyimiz sorğunun nəticələri və davamiyyətin aşağ düşməsi rol oynadı:

“Sosial media üzərindən həyata keçirdiyimiz sorğuların nəticəsindən bəlli olur ki, valideynlərin 75 faizə qədəri məktəblərin bağlanmasının tərəfdarı idi. Yəni, sorğuda iştirak edənlərin əksəriyyəti distant təhsilə keçid edilməsinin tərəfdarı idilər. Valideynlərin 17 faizi isə övladlarını məktəbə göndərməyin tərəfdarı idilər. Biz qərarı verərkən çoxluğun fikrini nəzərə aldıq. Eləcə də, məktəblərdə davamiyyət də aşağı düşüb. 29 mart tarixindən sonra məktəblərdə davamiyyət 80 faiz ikən, yoluxmaların artması fonunda davamiyyət 65 faizə düşdü”.  

Diaspora