“Pandemiyanın hazırkı mərhələsində növbəti addımlarla bağlı ictimaiyyətin fikrini öyrənmək çox önəmlidir”.
Bu sözləri Təhsil Naziri Emin Əmrullayev öz “Facebook” profilində paylaşıb.
“Bu məqsədlə Təhsil Nazirliyinin keçirdiyi rəy sorğusunda fəal şəkildə iştirakınızı xahiş edirəm. Bundan öncə qeyd etdiyim kimi, bu sualın “səhv” və ya “düz” cavabı yoxdur. Hər birinizin rəyi dəyərlidir.
Sorğuda iştirakınıza görə hər birinizə minnətdarlığımı bildirirəm” – deyə, o qeyd edib.
Sorğuda iştirak etmək üçün bura daxil olun.