Daha 2 məktəb koronavirusa görə distant təhsilə keçib

Daha 2 məktəb koronavirusa görə distant təhsilə keçib backend

Sumqayıtda fəaliyyət göstərən iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Oxu.Az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Sumqayıtda 14 və 28 nömrəli tam orta məktəbdə dərslər distant formada davam etdiriləcək. Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərdə koronavirus pandemiyasına görə dərslər distant formaya keçirilib.

Diaspora