Paşinyan Njdenin heykəlini sökdürür - İddia

Paşinyan Njdenin heykəlini sökdürür - İddia backend

Baş nazir Nikol Paşinyan faşist Qaregin Njdenin Qarabağdakı heykəlinin sökülməsi barədə göstəriş verib.

Qazilər.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Teleqram sosial şəbəkəsinin erməni seqmentində məlumat yayılıb.

Yayılan xəbərlərdə qeyd olunur ki, Paşinyan özünün keçmiş mətbuat katibi Vladimir Karapetyan vasitəsilə məsələ ilə bağlı Azərbaycan tərəfi ilə razılıq əldə edib.

Bildirilir ki, baş nazirin yaxın ətrafı onun bu qərarının ictimai rəydə mənfi əks-səda yaradacağı barədə Paşiyanı xəbərdar edib. O isə hazırda Azərbaycanla münasibətlərin ölkədaxili ictimai rəydən daha vacib olduğunu bildirib.
Diaspora