Ermənistanda Rusiya hərbçisinə və arvadına hücum edildi

Ermənistanda Rusiya hərbçisinə və arvadına hücum edildi backend

Ermənistanın Gümrü şəhərində naməlum şəxs Rusiyanın 102 saylı hərbi bazasının hərbi qulluqçusuna və onun həyat yoldaşına hücum edib.

Azvision.az xəbər verir ki, bu barədə Shamsyan.com saytı məlumat yayıb.
Bildirilir ki, martın 10-da axşam saatlarında Gümrünün Ani kvartalında elektrik enerjisinin verilişi dayandırılıb. Həmin ərazidə yaşayan 40 yaşlı Roman Romanov elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağını öyrənmək üçün küçəyə çıxıb. Bu vaxt maskalı şəxs ona hücum edərək xəsarətlər yetirib.

Rusiyalı hərbçinin həyat yoldaşı ərinin hücuma məruz qaldığını görüb, qışqıraraq qonşuları köməyə çağırıb. Daha sonra cinayətkar qadına da bıçaqla zərbələr endirib. Hadisə zamanı ər və arvad bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi açılıb. Hazırda cinayətkarın axtarışları aparılır.
Diaspora