Ermənilər müharibədəki məğlubiyyətlərinin səbəblərindən danışdılar backend

Ermənilər müharibədəki məğlubiyyətlərinin səbəblərindən danışdılar

Rusiyanın “AİF” nəşri İkinci Qarabağ müharibəsinin yekunlarına dair Ermənistandan reportaj hazırlayıb. Məqalədə İrəvanda hazırda mövcud olan acınacaqlı durum əks olunub.

Müxbirin dindirdiyi yerli əhali və hərbçilər uduzduqları müharibə və onun fəsadları haqqında gileyləniblər.

Əlində iki barmağını itirən Armen Mnatsakanyan adlı hərbçi yaralanması anından danışarkən Ermənistan ordusunda hərc-mərcliyin baş aldığını vurğulayıb:

“Biz heç döyüşə girməyə vaxt tapmadıq. Cəbhə xəttinə gəldiyim ikinci gündə silahdaşlarla postda oturub konyak içirdik. Birdən xırda vızıltı səsi gəldi və partlayış baş verdi. Hospitalda gözümü açanda bildirdilər ki, bu, PUA hücumu idi. Mən möcüzə nəticəsində sağ qaldım, iki dostum isə tikə-tikə oldu”.

Digər hərbçi, kapitan Suren Ter-Qukasyan acı məğlubiyyətin səbəbini erməni cəmiyyətində Birinci Qarabağ müharibəsindən qalan qalib eyforiyasında görür:

“Biz dəlilik etdik. Azərbaycanlılara qarşı asan qələbəmizin təsirindəydik. “Azərbaycanlılar vuruşmağı bacarır məyər? Qoy gəlsinlər, bu dəfə Bakıya kimi gedəcəyik” və bu kimi zarafatcıl ifadələr səslənirdi. Bu da axırı...”

Məqalədə Azərbaycanın müharibəyə daha yaxşı hazırlaşdığı, müharibələrarası dövrdə Qarabağa qayıdışın milli ideya kimi formalaşması haqda, buna nəyin bahasına olursa-olsun nail olacaqlarına inamından söhbət açılıb.

Oxu.az