“Baş Qərargahın bəyanatı çevriliş cəhdi deyildi” - Ayvazyan Paşinyana qarşı

“Baş Qərargahın bəyanatı çevriliş cəhdi deyildi” - Ayvazyan Paşinyana qarşı backend

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının verdiyi bəyanat (hökumətin istefası tələbi - red) hərbi çevriliş cəhdi deyildi.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan “Əl Arabiya” telekanalına müsahibəsində bildirib.

O, ölkədə baş verənləri çevriliş cəhdi kimi qəbul etmədiyini söyləyib. Ayvazyan hesab edir ki, hərbçilərin açıqlaması yalnız onların siyasi mövqeyini əks etdirir:

"Siyasi bir bəyanat verildi, bu da özlüyündə hərbi çevriliş cəhdi deyil. Bununla əlaqədar olaraq müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan oxşar qiymətləndirmələr oldu. Ermənistanda hərbi çevrilişin elementləri yoxdur. Ermənistan demokratik ölkə olmağa davam edir, mövcud vəziyyət də demokratik standartlara uyğun olaraq həll ediləcək".

Qeyd edək ki, erməni nazirin bu açıqlaması baş nazir Nikol Paşinyanın mövqeyinə ziddir. Belə ki, Paşinyan Baş Qərargahın onun istefasını tələb edən bəyanatını ölkədə hərbi çevrilişə cəhd kimi qiymətləndirib. Məlum hadisələr fonunda Ermənistanda daxili siyasi vəziyyət kəskin pisləşib.
Diaspora