Ermənistanda deputat etirazçını vurmaq istədi

Ermənistanda deputat etirazçını vurmaq istədi backend

Bu gün İrəvanda keçirilən etiraz aksiyası zamanı vətəndaşlardan biri deputatı təhqir edib.

Qazilər.az xəbər verir ki, Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Ovik Ağazaryan jurnalistlərin suallarına cavab verdiyi vaxtda mitinq iştirakçılarından bir nəfər ona yaxınlaşaraq təxribata çəkib.

Hakim fraksiyanın üzvü əl-qol atan erməniyə yumruq qaldırsa da, onu vurmayıb.

Qeyd edək ki, hazırda İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin növbəti mitinqi keçirilir.



Azvision.az
Diaspora