Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik ünvanlayıb.
Bu barədə Türkiyə liderinin “Twitter” hesabında paylaşım edilib.“Sevgiləri, əməkləri və fədakarlıqları ilə bəşəriyyətin ümidi olan bütün qadınlarımızın 8 Mart Beynəlxalq Qadınlar gününü təbrik edirəm. Qadınlarımızın şiddətə məruz qalmadıqları bir mühiti formalaşdırmaq üçün mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”, - deyə R.T. Ərdoğan bildirib.