Ermənistan Baş Qərargah rəisinin müavini Tiqran Xaçatryan məhkəməyə müraciət edərək, prezidentin onun qovulması haqqında əmrinin ləğv edilməsini istəyib.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb. Xaçatryanın məhkəməyə dünən müraciət etdiyi bildirilib.Qeyd edək ki, Xaçatryan Paşinyanın məşhur “İsgəndər” açıqlamasına istehza ilə yanaşdığı üçün işdən qovulmuşdu. Bundan sonra Baş Qərargahla hökumətin münasibətləri gərginləşmişdi.