Rusiyanın radioelektron mübarizə sistemləri (REM) bir saat belə, Bayraqdar TB2-ni dayandıra bilmədi.
Axar.az xəbər verir ki, bu sözləri "Bayqar Savunma" şirkətinin rəhbəri, "Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraqdar yerli mətbuata açıqlamasında deyib.Onun sözlərinə görə, şirkət PUA-lar üçün REM-lərdən müdafiə sxemi yaradıb və ona görə də “Bayraqdar” həmişə havada olacaq.