Qarabağ müharibəsində ölən erməni əsgərlərdən indiyə qədər 3389-nun şəxsiyyəti müəyyənləşib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan bildirib.O deyib ki, bu, son rəqəm deyil, hazırda ölənlərin şəxsiyyətinin dəqiqləşməsi və itkin düşənlərin axtarışları davam edir.
V.Arutyunyan müharibədə 9094 erməni əsgərin yaralandığını da bildirib.
Onun sözlərinə görə, hərbi hissələrdə 2020-ci ildə 3016 cinayət baş verib ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə çoxdur. 2019-cu ildə bu rəqəm 929 olub.
Cinayətlərin 1501-i Qarabağda gedən müharibə zamanı törədilib, 3016 cinayətin 55 faizi ağır və xüsusilə ağır cinayətlərdir.
O, indiyə qədər Qarabağda axtarışlar zamanı 1485 erməni əsgər meyitinin tapıldığını da əlavə edib.
Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi bugünkü açıqlamasında 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasının keçirdiyini, daha 428 meyitin qalıqlarının DNT testindən keçiriləcəyini açıqlamışdı.