Ermənistan Qarabağ müharibəsində ölən hərbçilərinin sayını açıqladı

Ermənistan Qarabağ müharibəsində ölən hərbçilərinin sayını açıqladı backend

Ermənistan ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 849 nəfərə çatdığını açıqlayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onların bəziləri əvvəllər itkin sayılan hərbçilərdir. Qarabağda aparılan axtarışlar zamanı itkin düşmüş 1379 hərbçinin meyiti tapılıb.

Bu gün Azərbaycan tərəfi müharibədə həlak olmuş daha 106 erməni hərbçinin meyitini qarşı tərəfə təqdim edib.

Beləliklə, bu günə olan məlumata əsasən ikinci Qarabağ müharibəsində Ermənistanın həlak olmuş hərbçilərinin sayı 3849 nəfər təşkil edir.

Xatırladaq ki, yanvarın 21-də Ermənistanın Səhiyyə naziri Anait Avanesyan müharibədə ölən hərbçilərin sayının 3450 nəfər olduğunu açıqlayıb. Eyni zamanda hazırda Qarabağda daha bir neçə yüz itkin erməni hərbçinin axtarışları aparılır. Bu baxımdan Ermənistanın müharibə itkilərinin sayının artacağı istisna olunmur.
Diaspora