Sərhədlərimizin Qafan hissəsindən 21, Mehri hissəsindən 7-8, Gorus hissəsindən isə 9 kilometr geri çəkildik. Yəni mühəndis konstruksiyaları ilə təchiz edilmiş və müəyyən olunan sərhədlərdən geri çəkildik.
Qazilər.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan Partiyasının deputatı Mikayıl Melkumyan deyib.Melkumyan Zod-Söyüdlü yatağı haqda da danışıb və iddia edib ki, qızıl yatağının yeraltı marşrutu ilə Azərbaycan ərazilərinə daxil olma məsələsi Sovet illərində dəfələrlə müzakirə edilib və Sovet dövründə Ermənistanın istismarına icazə üçün böyük kirayə pulu verilib.
Deputat Şuxnuz və Mazriduza ərazisinin də Azərbaycana verildiyini bildirib:
“Bu o deməkdir ki, düzgün danışıqlar aparmaq üçün güc, şərəf, ləyaqət yoxdur və bu, sənədlərə, hərbi, inzibati xəritələrə görə edilməlidir”.