Girovluqdan azad olunan dənizçilər İstanbulda - FOTO

Girovluqdan azad olunan dənizçilər İstanbulda - FOTO backend

Girovluqdan azad edilən “Mozart” gəmisinin 15 heyət üzvü “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə ilə İstanbula gətirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, dənizçiləri İstanbul hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Dənizçilər onların geri qaytarılması üçün Türkiyə dövlət rəsmilərinə dəstəyƏ görə təşəkkür ediblər.

Qeyd edək ki, yanvarın 23-də “Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15 nəfəri girov götürülmüşdü. Gəminin azərbaycanlı mühəndisi Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.




Diaspora