İtkinlərin yaxınlarından Ermənistan hökumətinə ultimatum

İtkinlərin yaxınlarından Ermənistan hökumətinə ultimatum backend

Qarabağ döyüşlərində itkin düşənlərin yaxınları hakimiyyətə növbəti xəbərdarlıqlarını ediblər.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, fevralın 11-i saat 10-da onlar bundan sonrakı addımlarını müzakirə etmək üçün İrəvanın Ulnetsi küçəsində bir araya gələcəklər İtkin düçənlərdən birinin yaxını Arsen Qukasyan canlı efirdə bildirib ki, növbəti günlərdə kəskin addımların atılması istisna deyil. “Hökumət üzvləri, bu, sizin son şansınızdır”,- deyə, müraciət edən Qukasyan bildirib ki, hələlik onlar müzakirələr aparırlar. “İndiyə qədər siz bizə ultimatum verirdiniz, indi mən danışıram. Bizim toplantımız sizin son şansınızdır. Bizim uşaqlarımızı qaytarın, əks halda söhbət başqa cür olacaq”, Qukasyan xəbərdarlıq edib.
Diaspora