Azərbaycana 1, Ermənistana 5 hərbi əsir qaytarıldı

Azərbaycana 1, Ermənistana 5 hərbi əsir qaytarıldı backend

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

“Report” xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

O, qeyd edib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

"Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlıları tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb", - Muradov jurnalistlərə deyib.
Diaspora