Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"

Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə" backend

“ABŞ və ya Avropa İttifaqı nə deyir? Boğaziçi Universitetində olanları pisləyirlər. Buradan Amerikaya deyəcəyim sözlər var: seçkiqabağı və seçkidən sonra ABŞ-da baş verən olaylardan heç utanmırsınızmı? Oradakı hadisələrdə hamı bir-birini təhdid etdi, irqçilik pik nöqtəyə çatdı”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı Avropa İttifaqı ölkələrindən Fransa prezidenti Emmanuel Makronun Türkiyə ilə bağlı bəyanatlarına sərt reaksiya verib:

“Digər tərəfdən də Avropa İttifaqı ölkələrindən Makron danışır. Makron, sən get hələ "sarı jiletlilər" məsələsini həll elə. Hazırda bütün "sarı jiletli" vətəndaşların küçələrdədir. Sən hələ bunu həll elə. Mənim ölkəmdə indi elə problem yoxdur. Biz əmin-amanlıq içindəyik, rahatıq. Amma onlar bizim də sakitliyimizi pozmaq istəyirlər. Ana müxalifət də (Cümhuriyyət Xalq Partiyası – “Report”) bunun içindədir. Müxalifətin digər qolu, dağdan bəslənən HDP (Xalqların Demokratiyası Partiyası – “Report”) də bunun içindədir. Təəssüf ki, İYİ Partiyada bunun içindədir. Ancaq çaxnaşma sala bilməyəcəklər. Bunu bacarmayacaqlar”.
Diaspora