“Almaniya ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan müxtəlif silah sistemləri, ləvazimat və ehtiyat hissələri məsələsində çox sıx əməkdaşlığımız var”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.O bildirib ki, qarşıdakı vaxtlarda bu çərçivədə müsbət irəliləyişlər gözlənilir.
Nazir qeyd edib ki, Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir.
“PUA-lar da daxil olmaqla, bir çox məsələdə əməkdaşlığımızı davam etdirə bilərik”, - deyə türkiyəli nazir vurğulayıb.